Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur

0

  •          SSRİ-nin mövcud olduğu
    bir dövrdə Naxçıvan MR-nın
    Ali Sovetin Sədri  seçilməsi qərarının qəbul və icra edilməsi olduqca yüksək
    siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş
    etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti
    dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən
    çıxarıldı.

    Ulu öndər Heydər Əliyev həmçinin
    milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və
    tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə
    siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar
    hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla
    yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə
    də tarixi qərar qəbul olundu.

    Bütün bunlarla yanaşı,
    Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin
    yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər
    görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun
    inkişafı yönündə xüsusi işlər həyata keçirildi.

    Digər tərəfdən, blokada şəraitində
    olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək
    üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı
    yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa
    və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il
    tarixində Ankarada Naxçıvan MR-lə Türkiyə Cümhuriyyəti arasında işbirliyi
    protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.

    Beləliklə, Ulu öndər Heydər
    Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
    Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən
    birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər
    Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın
    qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

    Həmin dövrün
    xarakteristikasından - ölkədə ozamankı ictimai-siyasi vəziyyətdən bəhs edərkən
    mühüm bir məqama da nəzər salmaq məqsədəmüvafiqdir. Belə ki, ölkəmizdə hökm sürən
    mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı
    Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi
    24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının
    (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci
    il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan
    Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi.
    YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli lider Heydər Əliyevə olan
    inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının
    tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin
    nüfuzu, Azərbaycan dövlətinin və xalqının gələcəyi üçün böyük töhfələrini
    verir. Bu gün də Ulu öndərin siyasətini
    Prezident İlham Əliyev uğurlu davam etdirir.Seymur İsgəndərov,

    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib91 dəfə
    Ulu Öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur

    Maraqlı gələ bilər
    48
    80
    55
    51